Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /home/wwwmugam/public_html/class/class.mysql.php on line 19

Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /home/wwwmugam/public_html/class/class.mysql.php on line 19

Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /home/wwwmugam/public_html/class/class.mysql.php on line 19
Mugam.az

AZ EN
Slide
Slide
Slide
Slide
Slide

Hörmətli festival iştirakçıları!

Sizin hamınızı Dördüncü Beynəlxalq Muğam Festivalında səmimi qəlbdən salamlayıram. Ümidvaram ki, bu gözəl musiqi bayramı bəşəriyyətin qeyri-maddi irsinin qorunması işinə öz layiqli töhfəsini verəcəkdir.

Heydər Əliyev Fondunun həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda ölkəmizin mədəni irsinin təbliği sahəsində gerçəkləşdirdiyi genişmiqyaslı layihələr arasında bu festival özünəməxsus yer tutur. İlk növbədə ona görə ki, YUNESKO-nun qərarları ilə müdafiə olunan muğam sənətinin qorunub saxlanması və inkişafında rolu danılmazdır. O, eyni zamanda Azərbaycanın sivilizasiyaların qovuşuğunda yerləşdiyini əyani surətdə nümayiş etdirərək muğam sənətinin təşəkkül tapdığı çoxsaylı ölkələr arasında mədəni əlaqələri də yeni səviyyəyə yüksəldir.

Əminəm ki, festivalın proqramına daxil edilmiş beynəlxalq simpozium, gənc xanəndələrin müsabiqəsi, muğam ənənələrinin yayıldığı müxtəlif yerlərdən Bakıya gəlmiş ifaçıların çıxışları və musiqi xəzinəmizin inciləri olan əsərlərin səslənməsi bütövlükdə muğam aləminin daha da zənginləşməsinə xidmət göstərəcəkdir.

2015-ci ildə Bakıda həm də tarixdə ilk dəfə olaraq Avropa Oyunları keçiriləcəkdir. Bu bir daha sübut edir ki, ölkəmizdə əldə olunan iqtisadi, siyasi və mədəni inkişaf mərhələsi, yüksək tolerantlıq mühiti və qonaqpərvərlik ənənələri bizə müxtəlif festivallar, Avroviziya səviyyəli beynəlxalq müsabiqələr və mötəbər siyasi forumlarla yanaşı, belə irimiqyaslı tədbirlərin də keçirilməsinə imkan verir. İnanıram ki, proqramın sıxlığına baxmayaraq, siz Azərbaycanın müasir mədəni həyatı və Bakının görməli yerləri ilə yaxından tanış olacaqsınız.

“Muğam aləmi” festivalına qatılan bütün insanlara cansağlığı, səadət və uğurlar arzulayaraq əmin olduğumu bildirmək istəyirəm ki, sürətlə qloballaşan dünyamızda qeyri-maddi irsin qorunması naminə bizim birgə səylərimiz öz bəhrəsini verəcəkdir.

Mehriban Əliyeva
“Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının prezidenti,
Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri


Əziz muğamsevərlər!

Əminliklə demək olar ki, “Muğam Aləmi” Beynəlxalq Muğam Festivalı artıq bizim mədəni həyatımıza ən parlaq hadisə kimi daxil olmuşdur. Bütün dünyada şöhrət qazanmış bu əsrarəngiz Festivalın hər iki ildən bir keçirilməsi üçün öz səylərini və bacarıqlarını birləşdirən təşəbbüskarlardan və təşkilatçılardan, dövlət və ictimai qurumlarından, ifaçı kollektivlərdən, həmçinin muğam ustadlarından və muğam həvəskarlarından ibarət vahid ittifaq və sarsılmaz birlik yaranmışdır.

Məqam-muğam sənətinin qiymətli ənənələrinin nəhəng fəzası hər dəfə öz rəngarəngliyi, zənginliyi və dərinliyi ilə insanları valeh edir. Bu hüdudsuz məkan, İspaniya və Çin, Yaponiya və Tacikistan qədər uzaq məsafələri qovuşduraraq, qeyri-adi bir tərzdə Bakıda öz inikasını tapır, sanki vahid muğam təfəkkürünün ecazkar qığılcımları təmkinli rəvan meditasiyada cəmləşərək, virtuoz zəngulələrin burulğanında səmaya ucalır.

Dördüncü dəfədir ki, Azərbaycan Muğam Festivalı möcüzəsinin dərk olunması, qiymətli tapıntıların üzə çıxarılması naminə, səmimiyyətlə öz qəlbini və konsert salonlarının qapılarını gələn qonaqların üzünə açır. Muğamın təsirini biz Azərbaycan bəstəkarlarının muğam operalarında və simfonik əsərlərində, xalq mahnılarının məftunedici melodiyalarında, caz ifaçılarının ehtiraslı improvizasiyalarında eşidib, izləyəcəyik. Bizi, həmişə diqqətli və zövqlü dinləyiciləri cəlb edən, yaddaşlarda dərin iz buraxan, heyranedici kəşflərlə dolu bir “Muğam aləmi” gözləyir.

Gəlin, mübarək Novruza qovuşan bu möhtəşəm Muğam bayramına uğurlar arzulayaq!

Firəngiz Əlizadə
Festivalın bədii rəhbəri,
YUNESKO-nun “Sülh artisti”

QALEREYA

İştirakçılar

SPONSORLAR